AZ

"Rusiya hücum etsə, müharibəni onun ərazisinə keçirəcəyik"

Rusiya hücum etsə, müharibəni onun ərazisinə keçirəcəyik.

 

Modern.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsakna Almaniya televiziyasına verdiyi müsahibədə deyib.

 

O, Estoniya və NATO-nun mümkün Rusiya təcavüzünə hazır olduğunu bildirib. O, hücum halında müttəfiqlərin sadəcə özlərini müdafiə etməyəcəklərini, döyüş əməliyyatlarını Rusiya ərazisinə keçirəcəklərini vurğulayıb.

 

Tsakna həmçinin, Putinlə dəqiq bir plan olmadan danışıqları səhv adlandırıb. Onun fikrincə, Kremlə xüsusi elçilər axtarmaq yalnız Aİ-ni alçaldır və Ukraynanın mövqeyini zəiflədir, son onilliklərin uğursuz siyasətini təkrarlayır.

Seçilən
12
qaziler.az

1Mənbələr