AZ

Devlet Bahçeli rol aldığı seriala görə Uraza zəng vurdu

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli aktyor Uraz Kaygılaroğluna zəng edib.

Axşam.az xəbər verir ki, siyasətçi hazırda "NOW"da yayımlanan "Yeraltı" serialında rol alan aktyoru performansına görə təbrik edib. 

Məlumata görə, Bahçeli serialın gənclərə verdiyi mesajları yüksək qiymətləndirib və layihənin zərərli vərdişlərdən uzaq durmağa çağırış etməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, əgər serial bu xətti davam etdirərsə və deyilən prinsiplərə əməl olunarsa, yaradıcı heyətə bozqurd motivli tablo hədiyyə edəcək.

Qeyd edək ki, ekran işi vaxtilə "Kurtlar Vadisi" serialının ssenari heyəti tərəfindən qələmə alınıb.

Uraz serialda "Bozo" obrazını canlandırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
axsam.az

1Mənbələr