AZ

İndoneziya Qəzzaya 8000 əsgər göndərəcək

İndoneziya ordusu Qəzzaya yerləşdirilə biləcək təxminən 8 min hərbçinin iyunun sonunadək hazır olacağını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə İndoneziya Milli Silahlı Qüvvələrinin sözçüsü Donni Pramono "Associated Press" agentliyinə bildirib.

Onun sözlərinə görə, qoşunların göndərilməsi ilə bağlı yekun qərar verilməyib, lakin hərbçilər istənilən vaxt yerləşdirilməyə hazır vəziyyətə gətirilir. Apreldə 1000 nəfərlik avanqard qrupun, qalan qüvvələrin isə iyunun sonunadək tam hazır olacağı gözlənilir.

İndoneziya Xarici İşlər Nazirliyi bildirib ki, mümkün missiya humanitar xarakter daşıyacaq və hərbçilər birbaşa münaqişəyə cəlb olunmayacaq.

Qeyd edək ki, Qəzzada yerləşdiriləcək beynəlxalq qüvvələrə ABŞ Prezidenti Donald Trampın planı çərçivəsində ABŞ general-mayoru Casper Ceffersin komandanlıq edəcəyi açıqlanıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
114
missiya.az

1Mənbələr