ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.
Bildirilib ki, duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
Həmçinin vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.