AZ

19 yaşlı etirazçı barədə ölüm hökmü FOTO

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

İranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi, hakim Abülqasim Səlavatinin sədrliyi ilə, Tehran etirazları zamanı saxlanılan 19 yaşlı Məhəmmədəmin Biqlari barəsində ölüm hökmü çıxarıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Iran International”a paylaşıb. Məlumata görə, iş İranın Ali Məhkəməsinə göndərilib.Xəbərdə deyilir ki, Biqlari Tehranda kişi bərbərxanasında çalışırdı və yanvarın 8-də işdən evə qayıdarkən saxlanılıb.Hesabatda qeyd olunur ki, onun anası vəfat edib, atası isə həbsdən yalnız üç həftə sonra xəbərdar edilib. Bu müddət ərzində ata oğlunu tapmaq üçün həftələrlə, o cümlədən Kəhrizək morqunda cəsədlər arasında axtarış aparıb.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
www.bakupost.az

1Mənbələr