Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 24-cü turun oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda evdə “Tirana” ilə üz-üzə gəlib.
“Partizani” bu oyunda 2:0 hesablı qələbəyə sevnib. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 33 xalla 5-ci yerdə qərarlaşıb.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.