AZ

Rusiya NATO üçün uzunmüddətli təhdiddir – Rütte

Rusiya Ukraynada münaqişə başa çatdıqdan sonra da NATO üçün uzunmüddətli təhdid olaraq qalacaq.

“İki sahil” xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte bildirib.

“Gəlin əvvəlcə sülh sazişi bağlayaq, sonra nə olacağına baxarıq. Hərçənd Rusiyanın bütün NATO ərazisi üçün uzunmüddətli təhdid olması NATO-ya tamamilə aydındır”,- deyə Rütte vurğulayıb.

Rütte bir gün əvvəl bildirmişdi ki, Şimali Atlantika Alyansı kifayət qədər güclüdür və Rusiya ona hücum etməyə cəhd göstərməyəcək. Baş katib qeyd edib ki, əgər Rusiya ilə hərbi blok arasında toqquşma məhz indi baş versəydi, alyans qalib tərəf olardı.

Seçilən
15
1
ikisahil.az

4Mənbələr