AZ

Azərbaycanlı vinger Albaniyada “Tirana”ya qol vurdu və...

Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 24-cü turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 33 xalla 5-ci yerdədir.

Seçilən
115
1
sportinfo.az

2Mənbələr