AZ

Asiya İnkişaf Bankının nümayəndə heyəti ADAU da olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə, 16 fevral, Elcan Məmmədov, AZƏRTAC

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Sunniya Durani Jamalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib və Asiya İnkişaf Bankının aqrar sahəyə dəstək mexanizmləri barədə təkliflər səsləndirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov aqrar sahədə tədqiqatların kommersiyalaşdırılmasının, innovasiya fəaliyyətlərinin dəstəklənməsinin və kadr hazırlığının daha da inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.

Sunniya Durani Jamal, öz növbəsində, birgə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Nümayəndə heyəti sonra Azərbaycan İnnovasiyalar Mərkəzinin maddi-texniki bazası ilə tanış olub, startaplara baxış keçirib, layihələr haqqında ətraflı məlumat əldə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
azertag.az

1Mənbələr