AZ

Vüsalə Əlizadə: 8 ildir atası qızımı axtarmır - VİDEO

“Ümumiyyətlə, 8 ildir Diləyi heç biri axtarmayıb. Nə bir zəng, nə mesaj, heç bir əlaqə yoxdur. Heç bir halda axtarmırlar".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Vüsalə Əlizadə deyib.

Aparıcı keçmiş əri Azər Zahidin qızı ilə əlaqə saxlamadığını açıqlayıb:

“Artıq Dilək böyüyüb və hər şeyi başa düşür, artıq uşaq deyil, böyük qızdır, 14 yaşı var. Ağlında pis fikirlər qalmaması üçün mən heç bir pis fikir yönləndirmir və heç bir mənfi təsir göstərmirəm. Hətta bütün yazıla biləcək və onun görə biləcəyi xəbər portallarını bloklamışam ki, qarşısına çıxmasın. Çünki bəlli bir dönəm vardı, istəmədim ki, uşağımın ürəyi yaralansın”.

Xatırladaq ki, Azər Zahid 3 dəfə ailə qurub.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
78
3
yenisabah.az

4Mənbələr