AZ

Salvadorda 165 milyon dollarlıq narkotiki daşıyan gəmi ələ keçirildi

Salvadorun Hərbi Dəniz Qüvvələri Sakit okeanda165 milyon dollar dəyərində narkotiki daşıyan gəmini ələ keçirib.

Bu barədə ölkə başçısı Nayib Bukele sosial media hesabında paylaşım edib.

Məlumata görə, ələ keçirilən gəmidə 6.6 ton kokain olub. Ölkə prezidenti deyib ki, əməliyyat zamanı ölkə tarixində rekord miqdarda narkotik maddə müsadirəsi həyata keçirib.

Qeyd olunur ki, 54 metr uzunluğunda olan gəmi Tanzaniya bayrağı altında üzüb. Narkotiklər ballast çənlərində gizlədilib və onları tapmaq üçün hərbi dalğıcların köməyindən istifadə olunub.

Əməliyyat zamanı gəmidə olan on nəfər saxlanılıb. Onlardan dördü kolumbiyalı, üçü nikaraqualı, ikisi panamalı, biri isə ekvadorludur.
Seçilən
4
2
7news.az

3Mənbələr