AZ

Bakıda bədən şəkilləndirmə əməliyyatı faciə ilə nəticələndi

Bakıda estetik əməliyyat etdirən qadın  vəfat  edib.

Sitat.info bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
56
25
sitat.info

10Mənbələr