AZ

"Barselona" Kundeni əzəli rəqibi "Real"a satacaqmı? -MƏBLƏĞ

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını klubunu əzəli rəqibi "Real Madrid"də davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Topskills Sports UK" yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi Jülü satmaq niyyətində olmasa da, "kral klubu" 60 milyon avrodan çox ödəyəcəyi halda, istəyinə çatacaq. Mənbə sözügedən oyunçu ilə "Çelsi"nin də maraqlandığını vurğulayıb.

Kundenin "Barsa" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 36 matça çıxan 27 yaşlı futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Тransfermarkt" portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
49
1
fanat.az

2Mənbələr