AZ

Bizim bir çox üstünlüklərimiz var ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının mühüm üstünlüklərindən biri onun əlverişli coğrafi mövqeyidir. Azərbaycan Cənubi Qafqaz regionunda yerləşərək Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır. Ölkə şimalda Rusiya Federasiyası, cənubda İran İslam Respublikası, qərbdə Gürcüstan və Ermənistan, həmçinin Türkiyə ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizi ilə əhatə olunur. Bu mövqe Azərbaycanı regionun nəqliyyat, enerji və ticarət qovşaqlarından birinə çevirmişdir. Dövlət başçısının da vurğuladığı kimi, bu üstünlük bizdən asılı olmayan amildir, lakin onu inkişafın hərəkətverici qüvvəsinə çevirmək məhz düzgün idarəetmədən asılıdır.

Azərbaycan Asiya ilə Avropa arasında yerləşən mühüm geostrateji məkanda qərarlaşıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməyimiz ölkəmizi beynəlxalq tranzit və logistika mərkəzinə çevirib. Bu mövqe təkcə fiziki yükdaşımalar üçün deyil, həm də informasiya, enerji və rəqəmsal bağlantılar baxımından böyük imkanlar yaradır. Məhz bu səbəbdən ölkəmizdə formalaşdırılmış müasir nəqliyyat və energetika infrastrukturu artıq yeni mərhələdə-rəqəmsal transformasiya mərhələsində strateji baza rolunu oynayır.

Son illər ərzində həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanın regional enerji təhlükəsizliyində aparıcı mövqeyini möhkəmləndirib. Generasiya gücünün iki dəfəyə yaxın artırılması və hazırda 10 min meqavata çatdırılması, eləcə də istifadə edilməyən əlavə enerji potensialının mövcudluğu rəqəmsal iqtisadiyyatın əsas tələblərindən biri olan dayanıqlı enerji təminatını mümkün edir. Data mərkəzlərinin, süni intellekt platformalarının və yüksək texnoloji infrastrukturların yaradılması üçün tələb olunan enerji resursları artıq real imkan kimi mövcuddur.

Bununla yanaşı, fiber-optik xətlərin enerji dəhlizləri boyunca çəkilməsi Azərbaycanın coğrafi mövqeyini yeni məzmunla zənginləşdirir. Xəzərin Şərq sahilləri ilə bağlantıların qurulması və Qərb istiqamətində yeni rəqəmsal kanalların formalaşdırılması ölkəmizi regional rəqəmsal hab kimi mövqeləndirir. Bu isə sadəcə tranzit ölkə olmaq deyil, məlumat və texnologiya axınlarının idarə olunduğu mərkəzə çevrilmək deməkdir.

Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini nəzərdə tutur. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi, makroiqtisadi və siyasi sabitlik, texnologiyaya açıq əhali, dövlət səviyyəsində rəqəmsallaşmanın prioritet olması bu sahədə böyük potensial yaradır. Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları da rəqəmsal logistika və məlumat axınının inkişafını zəruri edir. Rəqəmsal transformasiya yalnız proqram təminatı ilə məhdudlaşmır. Fiber-optik internet şəbəkəsinin genişləndirilməsi, mobil rabitə texnologiyalarının inkişafı ölkənin texnoloji infrastrukturunu möhkəmləndirir.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
sesqazeti.az

1Mənbələr