AZ

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında 41 kq dan artıq metamfetamin aşkarlanıb

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında xüsusi üsulla gizlədilmiş 41 kiloqramdan artıq maye halında metamfetamin aşkar olunub.Newscenter.az xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi "Şahtaxtı" gömrük postunda gömrük yoxlamasına cəlb edilib.Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
17
newscenter.az

10Mənbələr