AZ

Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb

2026-cı ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 682 min 901 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,4 faiz artıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 205 min 104 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz çoxdur.

2026-cı ilin yanvar ayında 1050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 faizi yerli investisiyalı, 10,4 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,6 faiz təşkil edib.

2026-cı ilin fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Fevral ayının 1-nə qeydiyyatda olan 136 min 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 faiz artıb.

Qetd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:

Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;

Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;

Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.

Seçilən
13
13
fed.az

10Mənbələr