AZ

Netanyahudan İran açıqlaması: Bu şərtlər daxilində…

İranla hər hansı potensial razılaşma təkcə İsrailin deyil, həm də ABŞ-ın və bütün dünyanın təhlükəsizliyini təmin edən ciddi şərtlərə cavab verməlidir.

Ölkə.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 Netanyahu deyib ki, əgər razılığa gəlmək istəyiriksə, o zaman  Tehran bir sıra şərtləri yerinə yetirməlidir:

“Bu, təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də ABŞ-ın, regionun və bütün dünyanın təhlükəsizliyi üçün vacib hesab etdiyimiz elementləri əhatə etməlidir.
Birinci şərti İrandan bütün zənginləşdirilmiş uranın çıxarılmalı, ikincisi, zənginləşdirmə avadanlığının və infrastrukturunun tamamilə sökülməsi, üçüncüsü  ballistic raket proqramı  həll edilməli, Tehran Raket Texnologiyalarına Nəzarət Rejiminin (RTN) 300 kilometrlik limitinə əməl etməli, dördüncü isə ciddi şəkildə zəifləmiş, lakin yenidən baş qaldırmağa cəhd edən "terror oxu" tamamilə məhv edilməlidir”.

“CBS News” isə xəbər verir ki, Pezident Donald Tramp Tehranla danışıqlar nəticəsiz qalacağı təqdirdə Benyamin Netanyahuya İsrailin İranın raket obyektlərinə zərbələrini dəstəkləyəcəyinə söz verib.

 Mürtəza

Seçilən
46
olke.az

1Mənbələr