AZ

Analitik: Rusiyada ABŞ-a qarşı "fəlakətli" silah var, onun buraxılışına yol vermək olmaz

ABŞ hərbi komandanlığı Rusiyanın nüvə başlıqlı antisatellit raketini orbitə çıxarmasının qarşısını almaq üçün müdafiə sistemlərini təkmilləşdirməlidir...

Poliqon xəbər verir ki, bu barədə Atlantik Şuranın baş elmi əməkdaşı, kosmik müdafiə üzrə ekspert Con Klayn Forbes üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın aqressiyasının eskalasiyasını azaltmaq üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməlidir, lakin eyni zamanda bu cəhdlər nəticə verməyəcəyi halda müharibəyə hazırlaşmalıdır.

Klayn qeyd edir ki, Rusiyanın nüvə başlıqlı antisatellit raketləri ABŞ-la silahlı qarşıdurmanın başlanğıc mərhələsində gözlənilməz asimmetrik zərbə vasitəsi kimi istifadə oluna bilər və ABŞ-ın kosmosdakı üstünlüyünü aradan qaldırmağa yönələ bilər.

Onun fikrincə, aşağı Yer orbitində, Beynəlxalq Kosmik Stansiyaya yaxın ərazidə termonüvə başlığının partladılması stansiyanı yaşayış üçün yararsız hala sala və Qərb ölkələrinə məxsus peyk qruplaşmalarını məhv edə bilər. Həmçinin Yer səthindən təxminən 400 kilometr yüksəklikdə baş verəcək partlayış minlərlə Amerika və müttəfiq peykini sıradan çıxara və həmin orbital zolağı kosmik aparatların istifadəsi üçün həddən artıq təhlükəli edə bilər.

Klayn bildirir ki, ABŞ hökumətinin hələ 2024-cü ilin əvvəlində aşkar etdiyi, Kremlin hazırladığı nüvə başlıqlı antisatellit raketi ABŞ və onun kosmik müttəfiqləri üçün fəlakətli təhdid yaradır və bu silah aşağı Yer orbitində yerləşdirilməzdən əvvəl zərərsizləşdirilməlidir.

"Rusiya və ya hər hansı digər ölkə tərəfindən orbitdə nüvə silahının yerləşdirilməsi ilə bağlı real təhlükə silah orbitə çıxmazdan əvvəl aradan qaldırılmalı və ya neytrallaşdırılmalıdır", deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, kosmik peyklər və orbitdəki kosmonavt bazalarına qarşı yönəlmiş belə "superbomba" ya buraxılışdan əvvəl, ya da daşıyıcı raketin sürətlənmə mərhələsində, raketdən müdafiə sistemləri, yerüstü qüvvələr və kiber təsir vasitələri kimi aktiv müdafiə tədbirləri ilə məhv edilməlidir.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr