AZ

Uber biznesini 7 Avropa ölkəsinə genişləndirir

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Uber", milyardlarla avroluq sürətli yemək çatdırılması bazarında rəqabətin gücləndiyi bir dövrdə, çatdırılma biznesini yeddi Avropa ölkəsinə genişləndirir.

Marja.az xəbər verir ki, Şirkət 2026-cı il ərzində Avstriya, Danimarka, Finlandiya, Norveç, Çexiya, Yunanıstan və Rumıniyada xidmət göstərməyə başlayacaq. Bu addımın qarşıdakı üç il ərzində 1 milyard dollar əlavə gəlir təmin edəcəyi gözlənilir.

Uber-in qlobal çatdırılma üzrə rəhbəri Susan Anderson Financial Times-a verdiyi açıqlamada Avropada “işləri silkələmək” zamanının gəldiyini bildirib. “Yeddi yeni bazara daxil olmaqdan həyəcan duyuruq. Standartı yüksəltməyin, bazarı hərəkətə gətirməyin və kateqoriya üzrə daha yaxşı dəyər təqdim etməyin vaxtının çatdığını düşünürük”, – deyə o qeyd edib.

Genişlənmə, yüksəkrəqabətli Avropa yemək çatdırılması bazarında baş verən konsolidasiya dalğası fonunda həyata keçirilir.

Finlandiya şirkət "Wolt" 2022-ci ildə ABŞ-ın "DoorDash" şirkəti tərəfindən satın alınmışdır. Ötən il isə "Prosus Just" "Eat Takeaway"i 4,1 milyard avro qarşılığında özəlləşdirərkən, "DoorDash" "Deliveroo"nu 2,9 milyard funt sterlinqə öz tərkibinə qatmışdır.

Uber həmçinin bu həftə rəqibi "Getir"in Türkiyədəki yemək çatdırılması biznesini satın almaq planlarını açıqlayıb. Anderson bildirib ki, bu addım Türkiyədəki mövcud əməliyyatları olan "Trendyol Go"nu “tamamlayacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
marja.az

2Mənbələr