AZ

"Mehriban xanımın cavabı bu düşüncədə olanların hər birinə verilmiş aydın və qəti cavab idi" - Deputat

"Mehriban xanımın xaricdə yaşayan azərbaycanlı jurnalistin təxribatçı sualına cavabı çox sərras və çox tutarlı bir cavab oldu".

Bu fikirləri Redaktor.az-a deputat Aydın Hüseynov Birinci vitse-prezident Mehriban Əliyevanın Münxendə jurnalist Emin Hüseynovun təxribatçı sualına cavabını şərh edərkən bildirdi.

"Bu cavab həmin jurnalistlərə və bu tip jurnalistlərə ünvanlanmış bir mesaj idi ki, sizin keçmişinizin və bu gününüzün nə olduğu Azərbaycan cəmiyyətinə tam aydındır.

Eyni zamanda elə bir şəxs ki, qadın paltarında gizlənə, sonra xaricdə yaşaya və Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyə bilər. Əlbəttə ki, bunlar idarə olunurlar. Azərbaycanın müstəqil siyasətini və uğurlarını hələ də Avropada həzm edə bilməyən müəyyən mərkəzlər və qüvvələr var. Eləcə də məlumdur ki, vaxtilə onları bu və ya digər formada maliyyələşdirənlər də olub. Yəni bu hadisə bir daha onu göstərdi ki, Azərbaycana qarşı yönələn, idarə olunan, "jurnalistlərin" keçmişi və bu günü hər kəs üçün aydındır. Mehriban xanım çox yüksək səviyyədə və çox sərras şəkildə cavab verdi. Bu cavab təkcə həmin jurnalistə yox, ümumilikdə bu kateqoriyaya aid olanlara ünvanlanmışdı. Yəni öz vətənini satan, öz dövlətinə qarşı xəyanət mövqeyində olan tək bir şəxsə deyil, bu düşüncədə olanların hər birinə verilmiş aydın və qəti cavab idi", - deyə parlamentari vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
49
1
redaktor.az

2Mənbələr