AZ

İrandan Türkiyəyə mesaj: Hazırıq

BAKI, 16 fevral. TELEQRAF

“İran İsrailə qarşı Türkiyə və digər regional ölkələrlə əməkdaşlığa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani deyib.

“Bölgə ölkələrinin rəsmiləri bilirlər ki, İsrail bölgəni qarışdırmaq üçün planlar qurur. İran İsrailə qarşı regional sabitliyin təmin edilməsi məqsədilə Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlığa hazırdır”, o qeyd edib.

Əli Laricani ABŞ ilə müzakirələrin uğursuzluğu halında İrana mümkün hücumla bağlı bildirib:

“Qarşı tərəfin əvvəlki təcrübələrini nəzərə alaraq yeni müharibə axtardığını düşünmürəm, amma bizə güc tətbiq etsələr, cavabını alacaqlar. Müharibə arxasınca getmirik, amma hazırıq”.

Seçilən
16
teleqraf.com

1Mənbələr