Harri Keyn karyerasında unikal göstəriciyə nail olub.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın futbolçusu “Verder”lə səfər matçının ilk hissəsində dubl edərək karyerasında 500-cü qolunu vurub.
Təcrübəli forvard bu qolların 100-nü penaltidən vurub. O, bremenlilərlə matçda qollardan birini oyun epizodundan, digərini isə 11 metrlik cərimə zərbəsindən rəqib qapısından keçirib.
Xatırladaq ki, Keynin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. O, bu mövsüm bundesliqada 22 oyuna 26 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta