AZ

Ombudsman dövlət qurumlarına müraciət etdi

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib.

Ölkə.az-ın məlumatına görə, o, müraciətində qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrasının təmin edilmədiyini bildirib:

"Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükə yaradır".

Ombudsmanın açıqlamasında təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi təsbit edilməməsi xüsusilə diqqətə çatdırılıb:

"Son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb. Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir. Texniki imkanlarına görə yüksək sürətə malik elektroskuterlərlə baş verən qəzalar zamanı kəllə-beyin travmaları və ölüm riski əhəmiyyətli dərəcədə artır. Bu baxımdan elektroskuterlərin təhlükəsizlik baxımından velosipedlə eyniləşdirilməsi əsaslandırılmış hesab edilə bilməz".

S.Əliyeva qeyd edib ki, kiçik elektrik nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və identifikasiya mexanizmlərinin olmaması inzibati məsuliyyətin tətbiqini xeyli çətinləşdirir:

"Mövcud istisnalar yol hərəkəti iştirakçıları arasında bərabər məsuliyyət prinsipini zəiflədir və cəzasızlıq mühiti yaradır. Bir çox ölkələrdə elektroskuterlərin tənzimlənməsində əsas yanaşma onların qadağan edilməsi deyil, təhlükəsiz istifadənin təmin edilməsidir. Yaş məhdudiyyəti, təhlükəsizlik dəbilqəsindən məcburi istifadə, valideyn məsuliyyətinin gücləndirilməsi və effektiv nəzarət mexanizmləri bu sahədə əsas prioritetlər kimi çıxış edir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
11
olke.az

10Mənbələr