AZ

Merz Avropaya yeni konsepsiya təklif etdi: Almaniya liderliyə qayıdır

Sitat.info portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Münhen Təhlükəsizlik konfransında Almaniya kansleri Fridrix Merz daha aydın və konkret çıxış edərək yeni dünya siyasi nizamında ölkəsinin mövqeyini ortaya qoydu. Bu çıxış müəyyən mənada Avropa İttifaqı üçün yeni siyasi-hərbi konsepsiyanın konturlarını da müəyyənləşdirdi. Kansler yeni geosiyasi reallıqlarda Türkiyə və Körfəz ölkələrinin roluna xüsusi diqqət çəkdi. Eyni zamanda Rusiyaya qarşı ardıcıl və sistemli mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı, İttifaqın bu məsələdə vahid və prinsipial mövqe sərgilədiyini qeyd etdi. Bu çıxış Almaniyanın təxminən 80 ildən sonra daha aktiv və təşəbbüskar siyasi xəttə qayıtdığı mesajını verdi. Kansler yeni dünya düzənində Almaniyanın aparıcı rol oynayacağını açıq şəkildə ifadə etdi.

Xüsusilə, ölkəsinin hərbi potensialını gücləndirəcəyini elan etməsi Avropada müəyyən narahatlıq yaratdı. Fransanın Almaniyanın hərbi baxımdan sürətli güclənməsinə ehtiyatla yanaşması istisna deyil. Almaniya hərbi və siyasi baxımdan mövqelərini möhkəmləndirdikdən sonra Avropada liderlik iddiasını daha qəti şəkildə ortaya qoya bilər. Bu isə Fransa ilə yeni siyasi gərginlik mərhələsinin yaranmasına səbəb ola bilər.

Kanslerin çıxışı Almaniyanın geosiyasi ambisiyalarını da aydın şəkildə nümayiş etdirdi. Rusiyaya münasibətdə sərgilənən mövqe xüsusi əhəmiyyət daşıyır. Rəsmi Berlinin yanaşmasına görə, Rusiya Ukraynada strateji üstünlük əldə edə bilməyəcək və perspektivdə qarşısında daha güclü, konsolidə olunmuş Avropa görəcək.

Politoloq Məhəmməd Əsədullazadə,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
5
sitat.info

6Mənbələr