AZ

YAP Kəlbəcər rayon Ərazi Partiya Təşkilatının sədri Mehparə xanım Əzimovanın 60 illik yubileyi münasibətilə görüş keçirilib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bərdə rayonunda yerləşən Kəlbəcər 101 nömrəli tam orta məktəbdə həmin məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon Ərazi Partiya Təşkilatının sədri Mehparə xanım Əzimovanın 60 illik yubileyi münasibətilə görüş keçirilmişdir.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Şəlalə Məmmədova, komitənin əməkdaşları Zahid Kazımov, Mənzər İsmayılova və məktəbin kollektivi iştirak etmişdir.

Çıxış edənlər Mehparə xanımı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulamışlar. Bildirilmişdir ki, Mehparə xanım uzun illərdir təhsil sahəsində yüksək peşəkarlıq, məsuliyyət və fədakarlıq nümayiş etdirərək gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların bilikli və layiqli vətəndaş kimi formalaşmasına dəyərli töhfələr vermişdir.

Onun rəhbərliyi ilə məktəbdə əldə olunan uğurlar, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər və rayonun ictimai-siyasi həyatında göstərdiyi fəallıq iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda vurğulanmışdır ki, Mehparə xanım Yeni Azərbaycan Partiyasının ideyalarına daim sadiq qalaraq, partiyanın rayon təşkilatında səmərəli fəaliyyəti ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə və cəmiyyətimizin inkişafına öz töhfəsini verməkdədir.

Tədbirin sonunda Mehparə Əzimova Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəs tərəfindən diplomla təltif olunmuşdur.

Direktor Mehparə Əzimova  çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmiş, bundan sonra da təhsilmizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını qeyd etmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
yeniazerbaycan.com

1Mənbələr