AZ

Tanınmış jurnalist HƏBS OLUNDU

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya məhkəməsi “Dojd” nəşrinin jurnalisti Yekaterina Kotrikadzeni Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumat yaymaqda təqsirli bilərək qiyabi qaydada məhkum edib.

Bu barədə REN TV Telegram kanalı məlumat yayıb.

Məlumata görə, jurnalist səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona dörd il müddətinə internet resurslarının və veb-saytların idarə edilməsi qadağan olunub.

İddia olunur ki, hökm Kotrikadzenin 2022-ci ildə messencerdə Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı bilərəkdən yalan məlumatlar yayması ilə əlaqədardır.

Qeyd edək ki, “Dojd” nəşri Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent media qurumu kimi siyahıya alınıb və Rusiyada arzuolunmaz təşkilat elan edilib. Yekaterina Kotrikadze də xarici agent kimi qeydiyyata alınıb. /Ajans.az/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
moderator.az

3Mənbələr