AZ

Qobuda məktəbdə dava Şagird yoldaşını xəstəxanalıq etdi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib.

“Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
7
qafqazinfo.az

8Mənbələr