AZ

Məhkəmə DTX tərəfindən saxlanılan şəxsə bu cəzanı verdi

Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən Vitali Zabalotskinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumatına görə bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Vitali Zabalovskiyə qarşı AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
35
unikal.az

1Mənbələr