
“NATO ölkələri 2014-cü ildən etibarən Ukraynanı əhəmiyyətli dərəcədə silahlandırmalı idilər”.
Missiya.Az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
"Böyük səhv ondan ibarət idi ki, biz Ukraynaya daha əvvəl əhəmiyyətli dəstək vermədik. Biz buna 2014-cü ildə başlamalı idik. Hətta 2014-2022-ci illər arasında onları silahlandırıb təlim keçsəydik, münaqişənin qarşısını ala bilərdik", - deyə siyasətçi vurğulayıb.
Stoltenberq həmçinin etiraf edib ki, əgər Qərb Ukraynanı daha əvvəl silahlandırmağa başlasaydı, Kiyev hazırda daha güclü danışıqlar mövqeyinə malik olardı.
Daşqın HəsənovMissiya.Az