ain.az, Bizim media saytına istinadən bildirir.
Ölkə ərazisində terror aktı törədiləcəyi barədə qəsdən yalan xəbər yaymaqda ittiham olunan Vitali Zabolotski ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaqını apardığı cinayət işinin məhkəmə araşdırması başa çatıb.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi altında baş tutan iclasda təqsirləndirilən şəxs barəsində hökm elan edilib.Məhkəmənin qərarına müvafiq olaraq, V.Zabolotski 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.Xatırladaq ki, V.Zabolotski Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi əsasında ittiham olunurdu. (Oxu.az)Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.