AZ

Beynəlxalq qatarlar xeyli gecikir

Ukrzaliznitsa bu cür gecikmələri "texniki səbəblərlə" izah edir.

QHT.az xəbər verir ki, bir sıra Ukrzaliznytsia beynəlxalq qatarlarında ciddi gecikmələr müşahidə olunur. Ən çox gecikmə Polşa və Avstriya istiqamətlərində qeydə alınıb. Məlumata görə, Çelm–Kiyev (19/20) və Varşava–Kiyev (67/68) qatarları 4 saatdan çox gecikir. Kiyev–Vyana (749/750) reysi 2 saatdan artıq, Odesa–Kovel (77/78) qatarı isə 3 saatdan çox gecikmə ilə hərəkət edir.

Digər marşrutlarda da gecikmələr var. Xarkov–Çelm (93/94) qatarı 61 dəqiqə, Pşemışl–Zaporojye (31/32) qatarı isə 47 dəqiqə gecikir.

 

R.İmanov

Seçilən
57
qht.az

1Mənbələr