BAKI, 16 fevral. TELEQRAF
“Bu il Dövlət Proqramı çərçivəsində 33 ölkəyə aid 4 120 təhsil proqramı təsdiq olunub”.
Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Proqramı İdarə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər il 500 gəncin seçilməsi üçün şərait yaradılır. Onlardan 125 nəfəri bakalavriat səviyyəsi üzrə təhsil almaq imkanı əldə edir. Prosesin növbəti mərhələsi avqust ayında keçiriləcək.