AZ

Allahşükür Paşazadə: Vatikanda nümayəndəliyimizin yaradılması ilə bağlı danışıqlar aparırıq

BAKI, 16 fevral. TELEQRAF

Hazırda Qafqaz Müsəlmanları İdarəsinin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də Qərbi Azərbaycan İcması ilə birgə keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda Vatikanda nümayəndəliyimizin yaradılması məramı ilə bağlı danışıqlar aparır.

"Qafqaz Müsəlmanları İdarəsi mərkəzi Bakıda, Azərbaycanda fəaliyyət göstərən, Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Şimali Qafqaz müsəlmanlarını ehtiva edən yeganə regional ictimai-dini təşkilatdır.
Azərbaycan rəhbərliyinin yaxından köməyi və Qafqaz Müsəlmanları İdarəsinin səyi nəticəsində 2009-2014-cü illərdə QMİ-nin tarixinə dair qırx min səhifəlik arxiv sənədləri Tiflisdən, həmçinin Azərbaycan tarixinə dair 500 səhifəlik sənədləri Türkiyə arxivlərindən ölkəmizə gətirilib. Professor Anar İsgəndərovun, mərhum əməkdaşımız Müqəddəs Payızovun və digərlərinin bu çətin, mürəkkəb işdə böyük zəhmətləri olub.
Nəzərinizə çatdırırıq ki, göstərilən istiqamətdə fəaliyyətimiz bu gün dəintensiv şəkildə davam və inkişaf etdirilir. Bizim niyyətimiz bölgədə sülh şəraitində yaşayaraq öz milli-mədəni irsimizi dirçəltmək, gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaqdır. Bu məqsədlə Müfti Hacı Salman Musayevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Qərbi Azərbaycanla bağlı təbliğat işi illik tədbirlər planının zəruri tərkib hissəsi kimi qeyd edilib. Komissiya müvafiq kitab və broşuraların nəşrini, Bakıda, Naxçıvanda və regionlarda müvafiq tədbirlərin təşkilini nəzərdə tutur. Yaxın günlərdə ən son nəşrlərimizdən olan “İrəvan qazılığının tarixi” kitabı diqqətinizə təqdim ediləcəkdir", - o vurğulayıb.

Seçilən
94
teleqraf.com

1Mənbələr