Mario Balotellinin başı qalmaqallı hadisələrdən qurtulmur. Məşhur italiyalı futbolçu növbəti dəfə belə vəziyyətə düşüb.
"Football-plus.az" xəbər verir ki, hazırda “Əl-İttifaq”da (BƏƏ) çıxış edən hücumçu “Dubay Siti” ilə matçda irqçi təhqirlərə məruz qaldığını açıqlayıb.
Sosial şəbəkə hesabında paylaşım edən Balotelli matç zamanı ona qarşı işlədilən ifadələrdən şoka düşdüyünü bildirib: “Oyun zamanı mənə qarşı dəfələrlə irqçi ifadələr işlətdilər. “Get banan ye” dedilər. İrqçiliyə futbolda və cəmiyyətdə yer yoxdu. Bu davranışı normallaşdırmaq, buna bəraət qazandırmaq və ya diqqət yetirməmək olmaz. Mən bunu təkcə özüm üçün yox, belə halla üzləşən hər bir oyunçu üçün deyirəm. Artıq yetər”.
Xatırladaq ki, “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi nəhənglərin sabiq oyunçusu yanvarda Dubay klubu ilə 2,5 illik müqavilə imzalayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta