AZ

Azərbaycanda proqram təminatı üzrə mühəndislər hazırlanacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş proqram təminatı mühəndisliyi ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 2025-2026-cı tədris ilində IT ixtisasları (kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, data analitikası) üzrə ali təhsilin bakalavriat səviyyəsində ümumilikdə 5500-dən artıq, magistratura səviyyəsində isə 1700-ə yaxın qəbul yerinin ayrılması planlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
6
azertag.az

10Mənbələr