ain.az, Bizim media saytına istinadən bildirir.
Ağdaşda 76 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.Bu barədə Bizim.Media-nın Aran bürosuna mərhumun qardaşı Fərhad Abdulxalıqov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı
O bildirib ki, qardaşının səhhətində problem olub və Mingəçevirdə yaşayan qızıgilə getmək istəyib:“Qonşu ona “sabah apararam” - desə də qardaşım gecə heç kimə deməmiş evdən çıxıb və geri dönməyib. Bu hadisə yanvar ayının 5-də olub. Elə o vaxtdan axtarışlar davam edirdi. Qonşuda çoban var, qoyun otararkən su kanalında onun meyitini görüb və icra nümayəndəsinə, polisə xəbər verib.Dərhal FHN-nin əməkdaşları gəlib, onun meyitini sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Qardaşım ailəli idi, amma ailəsindən ayrı, tək yaşayırdı. 2 qızı və 1 oğlu Mingəçevirdə yaşayırlar. Kənd sakinləri sağ olsunlar, biz gəlib çıxana kimi qardaşımı dəfn ediblər”.
Qeyd edək ki, məlum hadisə rayonun Cüvə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 76 yaşlı Ənvər Məmmədovun cansız bədəni kənd ərazisindəki su kanalından aşkarlanıb. Dərhal hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ənvər Məmmədovun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisənin baş vermə səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.Hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.Bizim.Media,Aran bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.