AZ

Qondarma rejim liderlərinə qarşı ədalət prosesi: Bu ittihamlar ibtidai istintaq mərhələsində kifayət qədər sübutlarla əsaslandırılıb

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

 Azərbaycanın Qarabağ bölgəsində qondarma rejim yaradaraq terrorçuluq fəaliyyəti ilə məşğul olan separatçi rejimin rəhbərlərinin məhkəmə prosesi davam edir. Onların bir qismi barəsində artıq hökm elan olunub.

Birinci və İkinci Qarabağ müharibələri dövründə, eləcə də həmin müharibələr arasındakı mərhələdə azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərdən beş nəfəri ömürlük azadlıqdan məhrum edilib.

Qondarma rejimin sabiq rəhbərlərindən biri olan Arayik Harutyunyan və digər təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə prosesi artıq yekunlaşıb. Ruben Vardanyan barədə isə məhkəmə ayrıca icraatda aparılır.

Sabah Ruben Vardanyana hökm oxunacağı gözlənilir.

Əvvəllər Rusiya vətəndaşı olan və milyarder kimi tanınan Vardanyan sonradan Ermənistan vətəndaşlığını qəbul edərək postmüharibə dövründə Azərbaycan ərazilərinə gəlib və qondarma rejimə müxtəlif istiqamətlərdə dəstək göstərib.

Hazırda o, Azərbaycan Cinayət Məcəlləsinin 20-yə yaxın ağır və xüsusilə ağır maddəsi ilə ittiham olunur. Rəsmi mövqeyə görə, onun cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşunas Xəyal Bəşirov fikirlərini belə ifadə edib:

“Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 20-yə yaxın ağır və xüsusilə ağır maddəsi ilə ittiham olunur. Həmin maddələrin bir çoxunda uzunmüddətli və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İttihamlar sırasında təcavüzkar müharibənin hazırlanması və aparılması, qanunsuz silahlı birləşmələrin yaradılması, hakimiyyətin zorla ələ keçirilməsi, terrorçuluq və onun maliyyələşdirilməsi, qəsdən adam öldürmə və digər ağır cinayətlər yer alır.

Rəsmi məlumata görə, bu ittihamlar ibtidai istintaq mərhələsində kifayət qədər sübutlarla əsaslandırılıb. Məhkəmə prosesi çəkişmə prinsipi əsasında, şəffaf şəkildə aparılır, təqsirləndirilən şəxsin bütün hüquqları  vəkillə təmin olunma, tərcüməçi xidməti və digər prosessual təminatlar  tam şəkildə qorunur. Onun öz seçdiyi vəkillə müdafiə olunması da təmin edilib.

Proses beynəlxalq ictimaiyyət nümayəndələrinin, hüquq müdafiəçilərinin və media təmsilçilərinin iştirakı ilə davam etdirilir. Hazırda məhkəmənin yekun qərarı gözlənilir.

Hüquqşünas mövqeyindən yanaşdıqda, irəli sürülən ittihamların ağırlıq dərəcəsi nəzərə alınarsa, qanunvericilikdə nəzərdə tutulmuş ən ağır cəzanın ömürlük azadlıqdan məhrumetmənin tətbiqi ehtimalı yüksək qiymətləndirilə bilər. Bununla belə, Azərbaycan hüquqi dövlətdir və ədalət mühakiməsi müstəqil məhkəmələr tərəfindən həyata keçirilir. Hökm yalnız məhkəmənin müşavirə otağında sübutlar, şahid ifadələri və prosesin ümumi gedişi əsasında qəbul ediləcək.

İndiyədək oxşar cinayətlərdə təqsirli bilinən şəxslər barədə verilmiş qərarlar nəzərə alınmaqla, ictimaiyyət bu iş üzrə də ədalətli hökmün çıxarılacağını gözləyir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
icma.az

1Mənbələr