AZ

Rəşad Hüseynov: Kənd təsərrüfatında süni intellekt üzrə 25 moduldan 8-i test mərhələsindədir VİDEO

Bakı, 16 fevral, Pərvanə Qafarova, foto - Azər İbrahimov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən süni intellekt layihəsi çərçivəsində 25 modulun hazırlanması nəzərdə tutulur və artıq 8-ə yaxın modul ilkin test mərhələsindədir.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov bildirib.

Rəşad Hüseynov deyib ki, layihə son bir neçə il ərzində mərhələli şəkildə icra olunur və artıq ciddi nəticələr əldə edilib: “Test mərhələsi uğurla başa çatdıqdan sonra bu modullar geniş tətbiq olunacaq. Məqsəd kənd təsərrüfatında qərar qəbuletməni data əsaslı etmək, məhsuldarlığı artırmaq və riskləri azaltmaqdır”.

Direktor vurğulayıb ki, formalaşdırılan yeni rəqəmsal ekosistem təkcə aqrar sektora deyil, bu sahə ilə əlaqəli digər sektorların inkişafına da müsbət təsir göstərəcək: “Gözləntimiz odur ki, süni intellekt əsaslı bu platforma aqrar sahədə xidmətlərin keyfiyyətini artıracaq, fermerlər üçün məlumatlara çıxışı asanlaşdıracaq və ümumi idarəetmədə səmərəliliyi yüksəldəcək”.

Seçilən
74
2
azertag.az

3Mənbələr