Türkiyənin Zonguldak əyalətinin Kilimli rayonunun Gelik qəsəbəsindəki özəl kömür mədənində uçqun baş verib.
XQ xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində mədəndəki 3 işçi dağıntılar altında qalıb. Əraziyə Təcili Tibbi Yardım Xidməti və jandarma qrupları göndərilib. İçəridə qalan işçiləri xilas etmək üçün xilasetmə əməliyyatı başlayıb.