ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-dan Bakı Dövlət Universitetinin (BDU) 1500-ə yaxın buraxılış kurs tələbəsi üçün istehsalat təcrübəsi başlanır.
AZƏRTAC-ın məlumatına görə, tələbələr Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, müxtəlif nazirliklər, dövlət komitələri, AMEA-nın institutları, SOCAR, "bp-Azərbaycan" və digər nüfuzlu dövlət və özəl qurumlarda təcrübə keçəcəklər. Təcrübə yerləri sırasına həmçinin səfirliklər, banklar, media qurumları və beynəlxalq şirkətlər də daxildir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.