AZ

Niderland NATO-nun Arktika təlimlərinə desant gəmisi göndərib

Niderland NATO-nun Arktika təlimlərinə desant gəmisi göndərib

Niderland Arktika regionunda NATO-nun təlimlərində ("Cold Response") iştirak etmək üçün "Zr. Ms. Johan de Witt" desant gəmisini Norveçə göndərib.

AFN.az "NU.nl" portalına istinadən xəbər verir ki, gəmi fevralın 16-sı səhər saatlarında Den-Helder limanından yola düşüb. Manevrlər alyansın yeni "Arktika keşikçisi" (Arctic Sentry) missiyası çərçivəsində keçirilir və burada 14 dövlətdən təxminən 25 min hərbçi iştirak edəcək.

Martın 9-da başlayacaq və 11 gün davam edəcək təlimlərdə iştirak edən "Johan de Witt" gəmisi desant nəqliyyatı, helikopterlərin, texnikanın və tibbi personalın yerləşdirilməsi üçün çoxməqsədli baza funksiyasını yerinə yetirir. Fevralın 9-da Niderland Silahlı Qüvvələrinin komandanı Onno Eyxelsheym NATO-nun Arktika regionunda hərbi iştirakını gücləndirməyə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, alyansda təlimlərin miqyasının genişləndirilməsi və Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə missiyanın işə salınması müzakirə olunur. "Der Spiegel" jurnalının məlumatına görə, əməliyyatın planlaşdırılması NATO Baş katibi Mark Rütte və ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığından sonra konkret mərhələyə qədəm qoyub.

Seçilən
81
afn.az

1Mənbələr