AZ

Vəzifədən azad edilən Vüqar Qurbanovdan ilk açıqlama KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – V.Qurbanov qeyd edib.

Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
17
konkret.az

10Mənbələr