AZ

Azərbaycan çempionatında ata-oğul çəkişməsi: biri liderdi, o biri beşinci – bəs PFL nə deyir?

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında qəribə məqam diqqətimizi çəkdi.

Belə ki, hazırda çempionatınlideri olan “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli, 5-ci sırada qərarlaşan “Şahdağ Qusar”ın çalışdırıcısı isə Nazim Əliyevdi. Düzdü, onların soyadları fərqlidi. Lakin hamıya bəllidi ki, Nazim Əliyev Elgiz Kərəmlinin atasıdı.

İş ondadı ki, ölkəmizdə belə hadisəyə - ata-oğulun eyni liqada bir-birinə qarşı mübarizə aparmasına ilk dəfə rast gəlinir. Maraqlıdı, bəs, bu məqam qaydalara zidd deyilmi? Şəffaflıq prinsipini qorumağın vacibliyini, mümkün sövdələşmə ehtimalını nəzərə alsaq, məsələ necə tənzimlənir?

Bu suallarla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a qısa cavabı:

“PFL-in Əsasnaməsində bununla bağlı hansısa qadağa yoxdu”.

Maraq üçün qeyd edək ki, 17-ci turda “Şəfa” – “Şahdağ Qusar” oyunu olacaq. Həmin matç martın 5-7-si aralığında keçiriləcək. Bu komandalar cari mövsümdə bir dəfə qarşılaşıb. Noyabrın 27-də keçirilən “Şahdağ Qusar” – “Şəfa” oyununda qonaqlar 2:0 hesablı qələbə qazanıb. Lakin həmin görüşdə qusarlıları meydana məşqçi Elnur Abdullayev çıxarıb.

KƏNAN BAHADIR
Seçilən
38
1
football-plus.az

2Mənbələr