AZ

TƏBİB-də sədr vəzifəsinə namizəd göstərilən şəxs infarkt keçirdi

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçirib.

Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə üç gün əvvəl baş verib.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu.

İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır.

Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
11
olaylar.az

10Mənbələr