AZ

“Turan Tovuz”dan heç-heçə, “Sabah” qalib gəldi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Şamaxı” “Turan Tovuz”la üz-üzə gəlib. Oyunda 0:0 hesabı qeydə alınıb. Bu komandaların ilk dövrədəki oyununda “Şamaxı” “Turan Tovuz”a qalib gəlib – 2:1.

Digər matçda isə “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Matç “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədə keçirilən matçında “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Misli Premyer Liqası, 20-ci tur

 

16 fevral 

17:00. “Qəbələ” – “Sabah” – 0:1

Qol: Xəyal Əliyev, 54 

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Elvin Bayramov

Qəbələ şəhər stadionu

14:30. “Şamaxı” – “Turan Tovuz” – 0:0

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Şamaxı şəhər stadionu

Seçilən
149
2
idmanxeber.az

10Mənbələr