AZ

“Bir kəndin taleyi” lentə alınacaq

Bu gün Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının qərərgahında Aydınlar Ocağı humanitar ictimai birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bir kəndin taleyi” layihəsi çərçivəsində Laçın rayon Arduşlu kəndinə həsr olunmuş sənədli filmin çəkilişini həyta keçirmək üçün kəndin bir qrup ziyalıları ilə görüş keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Tədbiri Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri, layihənin koordinatoru Vüqar Qədirov açaraq 44 gün davam edən Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbədən sonra işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətli tikinti-quruculuq işlərinin həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz dədə-baba torpaqlarında daimi məskunlaşma prosesinin davam etdiyini bildirdi.

V.Qədirov çıxışında Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” vədini ən yüksək səviyyədə həyata keçirdiyini bildirdi.

Laçın rayon İcra Hakimiyyətinin Arduşlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əli Cabbarov Mədəniyyət Nazirliyinə və Aydınlar Ocağına Arduşlu kəndinin tarixinə, işğaldan əvvəl, məcburi köçkünlük və işğaldan sonrakı dövrü əhatə edən sənədli filmin çəkilişinə qərar verməsini alqışlayaraq kəndin ziyalıları, şəhid, qazi ailələri, sənətkarları, ümumiyyətlə kənd əhalisi adından minnətdarlığını bildirdi və filmin çəkilişində kənd əhalisinin fəal iştirak edəcəyini qeyd etdi.

Təbdirdə çıxış edən kənd ziyalıları: Elxan Qasımov, Budaq Cabbarov, Müşfiq Əsgərov, Tələt Fərhadov və digər nümayəndələr həyata keçirilən layihənin bir vətənpərvərlik və vətəndaşlıq missiyası olduğunu, böyüməkdə olan gənc nəslin təlim- tərbiyəsində bu istiqamətdə həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb eydiyini bildirdilər.

Filmin daha effektiv və səmərəli çəkilişini təmin etmək məqsədilə kənd ziyalılarından ibarət Təşkilat Komitəsi yaradıldı.



Seçilən
32
herbiand.az

1Mənbələr