AZ

"Real" "Barselona"nın iki ulduzunu istəyir

Avropanın bir sıra klubları “Barselona”nın futbolçusu Jül Kundenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, futbolçunu transfer etmək istəyən klubların arasında “Real Madrid”in də olduğu iddia edilir. Məlumata görə, “Real” futbolçunu mövsümün sonunda transfer etmək istəyir. İspaniya nəhənginin futbolçu üçün 80 milyon büdcə ayırdığı irəli sürülür. Məlumata görə, “Barselona” futbolçunu klubdan göndərmək istəməsə də, yüksək təklif qəbul edilə bilər. Bundan əvvəl, "Real Madrid"in Pedrinin xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Jül Kundenin “Barselona” ilə müqaviləsi 2030-cu ildə yekunlaşır.

Seçilən
84
metbuat.az

1Mənbələr