AZ

İranla diplomatik razılaşma mümkündür, amma... Rubio etiraf etdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton Tehranla saziş əldə etmək yolunda ciddi çətinliklərlə üzləşir, lakin diplomatik danışıqları davam etdirmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi məsələnin sülh və razılaşma yolu ilə həllinə üstünlük verir, lakin nəticələrin asan əldə olunacağını düşünmür.

Rubio vurğulayıb ki, ABŞ İranla razılaşmanın mümkünlüyünü istisna etmir, amma perspektivlərin həddindən artıq şişirdilməsinin tərəfdarı deyil. O qeyd edib ki, tərəfləri narahat edən məsələləri əhatə edən diplomatik razılaşma əldə etmək mümkündür, lakin proses mürəkkəb olacaq.

Məlumata görə, ABŞ və İran arasında növbəti dolayı danışıqların fevralın 17-də Cenevrədə keçirilməsi planlaşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
globalinfo.az

1Mənbələr