AZ

“X” sosial media platformasında giriş problemi yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“X” sosial media platformasında giriş problemi yaranıb.

Banco.azxəbər verir ki, ABŞ mərkəzli “X” şirkətinə məxsus sosial media platformasına girişdə problemlər yaranıb.

Xidmət kəsintilərini izləyən “Downdetector” saytının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 16:00-dan etibarən “X” platformasına girişdə çətinliklər müşahidə olunmağa başlayıb.

Sosial media istifadəçiləri sözügedən platformaya daxil ola bilmədiklərini bildirərək şikayətlərini ifadə ediblər.

İstifadəçi müraciətlərindən aydın olur ki, “X” platformasına giriş problemi bir çox ölkədə qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
44
banco.az

1Mənbələr