AZ

Madaqaskarda fəlakət: Ölənlərin sayı 59-a çatdı, yüz minlərlə insan zərər çəkdi

Madaqaskarın şərqini vuran Gezani tropik siklonu nəticəsində həyatını itirənlərin sayı 59-a yüksəlib. Güclü külək və daşqınlar minlərlə evi dağıdıb, yüz minlərlə insan təbii fəlakətdən zərər çəkib.

Editor.az xəbər verir ki, ölkənin şərq bölgələrində təsirini davam etdirən siklonun yaratdığı dağıntıların miqyası getdikcə ağırlaşır. Madaqaskar Milli Risk və Fəlakətlərin İdarə Olunması Ofisinin yaydığı məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

Rəsmi açıqlamada bildirilir ki, sel və şiddətli küləklər nəticəsində 804 nəfər ağır yaralanıb, 15 nəfər isə itkin düşüb. Təxminən 16 400 nəfər evsiz qalıb, ümumilikdə isə 423 986 nəfər siklonun təsirinə məruz qalıb.

Qeyd olunub ki, ölkənin beş regionunda yerləşən 25 rayonda genişmiqyaslı dağıntılar baş verib. Minlərlə ev tamamilə dağılıb və ya ciddi zədələnib, infrastruktur və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
147
editor.az

1Mənbələr